“GTS Alyans” şirkəti şirkət Rusiya səfrliyinin əməkdaşının adına rəsmiləşdirilib.
Vətəninfo.az ötən gün “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətinin ərazisindən 450 borunun oğurlanması ilə bağlı xəbər yaymaqla yanaşı,eyni zamanda bəyan etmişdik ki,“Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətində baş verən digər hadisələrlə bağlı redaksiyaya daxil olan digər xəbərləri də oxucularına və eyni zamanda müvafiq dövlət orqanlar görsünlər deyə yayımlayacağıq.
Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki. Alışov Arifin cinayətlərindən roman yazmaq olar.
“Belə ki, onun qohumu var Səyyad adında hamı Səyyadı burda “İloyl” yanacaq doldurma məntəqəsinin müdiri kimi tanıyır. “İloyl” yanacaq doldurma məntəqəsi Səlyan dairəsi deyilən yerdə yerləşir. İçərisində ölərinin restoranı fəailyyət göstərir. Alışov bütün günü bu restorandadı. Səyyadın oğlu Əzizağanı düzəldib “Global Energi İnvestment”nin təminat şöbəsinin müdiri İntiqam Sadıqovun şöbəsinə. Əzizağa Şirvan və Qarasunun yanacaq təminatına baxır.Amma acınacaqlısı budur ki, Alışov onu düzəldib.Və Alışov deyib ki, bizim pul qazanmağımız üçün əlindən gələn köməyi elə. Oda “Qarasu” və “Şirvan”a benzin-dizel sifarişi yazır.Yanacaq maşınları gəlir, yanacaq doldurma məntəqəsinə. Çox az sayda yanacaq doldururlar. Geri dönəndə gedir “İloyl” yanacaq dolduma məntəqəsinə”.
Məlumatda daha sonra iddia edilir ki, Yerdə qalan yanacağı verirlər “ İloyl”a. Ayın sonunda isə Alışov gəlir, “İloyl”un ərazisindəki restorana və burda haqq-hesab edilir və əldə olunan qazanc bölüşdürülür. Məlumtda vurğulanır ki, bütün bu səsləndirilən məlumatla bağlı Şirvan əhalisi xəbərdardır.

“Hətta “Qarasu”nun bir dənə yanacaq doldurma maşını hər 3 gündən bir “İloyl”ula oğurluq dizel verir. “Qarasu”da isə texnikalara yanacaq verilmir”. Məlumatda vurğulanır ki, əvvəllər şirkətin dizel yanacağı ilə işləyən 100-dən çox ağır texnikası və 50-yə yaxın isə benzinlə işləyən yüngül texnikası olub. Bu texnikalar ayda istifadə üçün 20 ton dizel və 20 ton da benzin gətirirdi. İndi “Qarasu” Şirkətinin işlək ağır texnikası “Aka” qurğuları daxil, 16 dənə,yüngül texnikaları isə 9 ədəd qalıb.
“1 ədəd də avtobus qalıb. Hamsını Arif Alışovun xüsusi göstərişi ilə qırıb istismara yararsız hala gətirib,.İndi cəmi 16 ədəd ağır texnikaya da yenə aylıq 20 ton dizel gəlir .9 ədəd yüngül texnikayada 20 ton benzin gəlir ki, şirkətə. Əslində dediyim kimi gəlmir,artıq benzin və dizel satılır.Hətta bu yaxınlarda Vuqar Abıyevin adına güya ipək yolunda yanacaq doldurma məntəqəsi var deyirdilər. İnanın Vuqarın heç bir pitidə yoxdu. O yanacaq doldurma məntəqəsi Arif Alışova məxsusdu. Çox gözəl fikirdir öz qohumunu qoydur baş idarədə yanacaq işlərinə baxmağa oda yanacağı yazır Alışova, bu da burda bildiyi şəkildə silsin”.
Məlumatda daha sonra iddia edilir ki, “GTS Alyans” şirkəti də yüz faiz “Global Energi investment”in Azərbaycandakı nümayəndəsi İgor İvanoviç Kirdodanındır və şirkət Rusiya səfrliyinin əməkdaşının adına rəsmiləşdirilib.
"Azərbaycanınmızın pullarının hamsı Rusyaya axır,amma şirkət Fəxrəddin adında bir Azərbaycanlıya həvalə olunub.Şirkət heç bir vergi vermir. İşçiləri ilə də heç bir əmək müqaviləsi bağlanmayıb. Ölkə prezidentinin qərarı var və əmək mügaviləsi bağlanması həyata keçirilməlidir. Vergilər Nazirliyi bu faktı yüz faiz təsdiq edər”.
Adını açıqlamaqdan imtina edən,amma “Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkətinin işçisi olduğunu göndərdiyi məlumatda vurğulayan mənbə daha sonra qeyd edir ki,vəziyyətləri çox bərbaddır. Neft hasilatı 298 tona düşüb və heç bir texnika işləmədiyi kimi,şirkət tərəfindən heç bir yatırımlar həyata keçirilmir.
“Alışov hər gün içlasda işçilərini məcbur edir ki,deyin ki, hər şey əladır.Şirkətin iki dənə yük kranı var, Fövqəladə Hallar Nazirliyi burada bir monitorinq yoxlama aparsa bu işdə məsul şəxslərin hamsına cinayət işi açılar. Tormozu təkəri olmayan texnikaları işçiləri məcbur edib xəttə çıxarırlar.Texnikalar.50 litr yanacaq əvəzində 30 litr verirlər. Hətta “GTS Alyansı”n bütün maşınlarının yağı və benzinini, dizelini “Qarasu” təmin edir”.
Məlumatda daha sonra vurğulanır ki, 10 gün öncə haqsızlığa dözməyərək xəttə çıxmaq istəməyən sürücülərin 3-çü ixtisar adı ilə xaric edilib.
“Alışov şəxsən özü deyib ki, bizim arxamızda SOCAR-da xarici şirkətlərə baxan şöbə müdiri olan,əslən Gürcüstandan olan Vaqif Əliyev durur. Vaqif Əliyev bildiyimizə görə İslam Ovçıyevin doğma dayısıdır. Biz Şirvanlılar olaraq bu quldur dəstənin əlindən cana yığılmışıq. Camahat ölkə prezidenti cənab İlham Əliyevi gözləyir ki, Şirvana gəlsə yığışıb şikayət etsinlər”.
Məlumatda maraqlı məqamlardan biridə şirkət rəhbərliyi tərəfindən şirkət ərazisində Vətəninfo.az İnformasiya Agentliyinin xəbərlərinin oxunmasın qadağan etməsidir. Məlumata görə, şirkətin bəzi əməkdaşları şirkət ofislərində pornoqrafiq videolara baxdıqları halda. Rəhbərlik davamlı olaraq şirkətdəki qeyri qanuni yeyinti hallarını işıqlandıran Vətəninfo.az-ın baxılmasın qadağan edir.
“Bu quldurlar kimdən qorxurlar? Şirvanlılların dar günündə onların haq səsini ölkə prezidenti möhtərəm İlham Əliyev cənablarına catdırılmasında müstəsna xidməti olan Vətəninfo.az-dır. Biz “Qarasu” və “Şirvan oil” işçiləri və Şirvan sakinləri olaraq haq səsimizi dəyərləndirib yayımladığınız üçün sizə və saytın rəhbərliyinədə dərin təşəku edirik”.
Redaksiyadan: Redaksiya olaraq səsləndirilən iddialarla bağlı qarşı tərəfində mövqeini dərc etməyə hazırıq.
Vətəninfo.az