Nərimanov rayon İcra Hakimiyyətində ilin yekunlarıdan danışılıb

Nərimanov rayon İcra Hakimiyyətində ilin yekunlarıdan danışılıb

Fevralın 5-də Nərimanov Rayon İcra Hakimiyyətində rayonunun sosial-iqtisadi inkişafının 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş icra başçısı yanında şuranın geniş iclası keçirildi.

İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkili, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, deputatlar Adil Əliyev, Rasim Musabəyov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlıiştirak edirdilər.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyəti binasının foyesində mərhum prezident Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoydular.
İclasda 270 nəfər, həmçinin kütləvi informasiya vasitələrinin və televiziya kanallarının nümayəndələri iştirak edirdilər.
İclasda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2012-ci ilin yekunları və qarşıda duran vəzifələr haqqında” hesabat məruzəsi ilə çıxış etdi.

İcra başçısı məruzəsi zamanı qeyd etdi ki, Nərimanov rayonunun qısa zaman kəsiyində həm də geniş quruculuq işləri həyata keçirib: "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində Nərimanov rayonu üzrə 2012-ci il üçün 31 tədbir nəzərdə tutulub. Bu tədbirlərdən 15-i icra olunub, 12-si icra olunur. 3 tədbirin icrası gecikdirilir, 1 tədbirin icrası artıq 2013-cü ilə keçirilib. İcrası gecikdirilən tədbirlərin əsas səbəbi həmin müəssisələrdə məcburi köçkün ailələrinin məskunlaşması və onların digər yaşayış sahələri ilə təmin olunmaması olub”.
A.Fərzəliyev qeyd etdi ki, rayon rəhbərliyi tərəfindən 2012-ci ildə yerlərdə 25 səyyar qəbul və görüş keçirilib: “Keçirilmiş qəbullarda rayon sakinləri, əmək kollektivlərinin üzvləri, məcburi köçkünlər rayon rəhbərliyi tərəfindən qəbul edilib. Ötən dövr ərzində keçirilmiş 25 səyyar görüş və qəbullarda 1971 nəfər vətəndaş iştirak edib”.


İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyevrespublikanın sosial-iqtisadi və mədəni sahələrində əldə edilmiş nailiyyətlərin təhlilini verdi və Nərimanov rayonunda hesabat ilində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirdi.


İclasda çıxış edən YAP-ın sədr müavini-icra katibi, millət vəkili Ə.Əhmədov, millət vəkilləri A.Əliyev, R.Musabəyovvaxtaşırı seçiciləri qarşısında hesabat verdiklərini qeyd edərək, ümumiyyətlə rayon ərazisində 2012-ci ildə görülmüş işləri yüksək qiymətləndirdilər və bu işlərin artan templə davam etdiriləcəyinə, Nərimanov rayonunun ölkənin inkişafına yeni töhfələr verəcəyinə əmin olduqlarını bildirdilər. Millət vəkilləri çıxışlarında həmçinin qarşıdan gələn Prezident seçkilərinə hazırlıq məsələlərinə də toxundular. Əli Əhmədov Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsi və inkişafı istiqamətində, eləcə də Həştərxan vilayətində görülən irimiqyaslı işlərdə göstərdiyi xidmətlərə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif olunduğuna görə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevi təbrik etdi.
İclasın sonunda rayonun ictimai həyatında fəallıq göstərən, dövlət qulluğunda, təhsil, səhiyyə, hüquq-mühafizə, xidmət sahələrində fərqlənən şəxslər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Könül İbrahim

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az