Nikol şərlədi: Bakı bizi blokadada saxlamaq istəyir

Nikol şərlədi: Bakı bizi blokadada saxlamaq istəyir

Məndə belə şübhələr var ki, Azərbaycan regional nəqliyyat kommunikasiyalarının açılması prosesini əngəlləməyə cəhd edərək, Ermənistanın blokadada saxlamaq istəyir.

Miq.Az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Biz davamlı olaraq üçtərəfli bəyanatın reallaşdırılması yolu ilə gedəcəyik. Rusiya və İranla dəmir yolunun açılması Ermənistan üçün strateji əhəmiyyət kəsb edir” – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan öncə Azərbaycanın Ermənistan sərhədinə qədər olan dəmiryol tikintisini maksimum 2-2,5 il ərzində başa çatdıracağını açıqlayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az