Nikol Xocalı qatilini qondarma rejimə rəhbər gətirmək istəyir

Nikol Xocalı qatilini qondarma rejimə rəhbər gətirmək istəyir
İrəvan Ermənistan Baş Qərargahının keçmiş rəisi Movses Akopyanı qondarma Qarabağ rejimindəki "prezident seçkisində” namizəd etmək istəyir

Axar.az xəbər verir ki, bu məlumatı "Jamanak” qəzeti yayıb.
"Hazırda Ermənistanın baş inspektoru olan Movses Akopyan Ermənistan hökuməti və şəxsən Nikol Paşinyanın qondarma Qarabağ rejimində baş tutacaq "prezident seçkisində” dəstəklədiyi namizəd ola bilər. Paşinyan anlayır ki, Vitali Balasanyan və onun ətrafındakı generallar üzərində qələbəni yalnız onlardan qorxmayan şəxs qazana bilər”, – deyə o bildirib.
Qeyd edək ki, Movses Akopyanı Ermənistanın Baş Qərargah rəisi vəzifəsinə Serj Sərkisyan təyin edib. Sərkisyanın adamı olan Akopyanın müəyyən dövrlərdə onunla əlaqələrində gərginlik yaranıb. Akopyan bu vəzifədən Nikol Paşinyanın hakimiyyətə gəlməsindən dərhal sonra çıxarılıb.
Movses Akopyan Qarabağ ermənisidir. O, 2007-2015-ci illər ərzində separatçı ejimin "müdafiə naziri" işləyib.
Akopyan Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən Rusiyanın 366-cı motoatıcı alayının komandirlərindən olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az