Rio Olimpiadasında növbəti seks qalmaqalı

Rio Olimpiadasında növbəti seks qalmaqalı
Rio-2016-da növbəti seks qalmaqalı yaşanıb.

Miq.az apasport.az-a istinadən bildirir ki, Namibiya millisinin boksçusu Cunius Conas (64 kq) Olimpiya kəndində otaqları təmizləyən xadiməni zorlamağa cəhd edib.

Açılış mərasimində ölkəsinin yığma komandasının bayraqdarı olan 22 yaşlı afrikalı həbs olunub və hazırda müvəqqəti saxlanma kamerasındadı. Conas Rio-2016-da iştirak hüququndan məhrum edilib.
 
Qeyd edək ki, bu, Olimpiya kəndində son günlərdə yaşanan ikinci belə hadisədi. 4 gün öncə mərakeşli boksçu Hassan Saad birdən-birə 2 xadiməni zorlamağa cəhd etdiyi üçün həbs olunmuşdu.
 
Yarışlardan kənarlaşdırılan mərakeşli də namibiyalı kimi hələ də polis bölməsində saxlanılır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az