"O heç atasını da tanımır" - Oqtay Əsədovdan sərt reaksiya


Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Bəxtiyar Əliyev Baronessa Koksun Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirmək haqqında fikirlərini tənqid edib.

Deputat B.Əliyev deyib ki, hər zaman ermənipərəst mövqeyi ilə seçilən Baronessa Koks Dağlıq Qarabağa gələrək separatçı rejimin əsgərləri qarşısında çıxış edərək bildirib ki, siz burada xristianlığı müdafiə edirsiniz:

"Ancaq Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda isə tolerantlılıqdan danışırlar. Bu təhlükəli tendensiyadır”.

Milli Məclis sədri Oqtay Əsədov millət vəkilinin çıxışına reaksiya verərək bildirib ki, artıq ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yeni formada dünya ictimaiyyətinə çatdırmağa çalışır və bu istiqamətdə iş aparır:

"Bu da ondan ibarətdir ki, ermənilər Ermənistan-Azərbaycan münaqişəsini dini don geyindirərək təqdim etməyə çalışır. Mən bu barədə bu yaxınlarda AŞPA-ya üzv ölkələrin parlament sədrlərinin toplantısında da çıxış edərək, Ermənistanın bu siyasəti haqqında məlumat verdim. Bildirdim ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirməyə çalışır”.

Britaniyalı parlamentarinin Bakıda səsləndirdiyi fikirlərə gəldikdə isə Oqtay Əsədov bildirib ki, "Baronessa Koks heç bilmir ki, atası kimdir. O, atasını da tanımır”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az