Əli Həsənov: "Biz bölgәdә balanslı, qarşılıqlı faydalı münasibәtlәrә yönәlәn partnyorluq siyasәti yürüdürük".
Vətəninfo.az- Ə.Həsənovun sözlәrinә görә, Azәrbaycan SSRİ dağıldıqdan sonra müstәqillik qazanmış 15 ölkәdәn biri olub: “O zaman qarşımızda 3 yol vardı - biri yalnız post-sovet ölkәlәri ilә münasibәtlәri davam etdirmәk, digәri Qәrb, demokratik inkişaf, Avropa İttifaqı prinsiplәri, Avropa dәyәrlәri istiqamәtindә fәaliyyәt göstәrmәk vә üçüncüsü Asiya ölkәlәrinin qoşulmamaq siyasiәtinә qoşulub müstәqil siyasәt yürütmәk. Hәr üç seçim cәlbedici görünürdü. Lakin problemlәri dә var idi. 1990-93- cü illәrdә Azәrbaycanda vәtәndaş qarşıdurması, xaos yaşanırdı. 1995-ci ildә Konstitusiya qәbul edildi. Azәrbaycan prezidenti açıq-aşkar bәyan edib ki, biz öz yolumuzla gedirik. Siyasәtimizin әsas mahiyyәti Azәrbaycan xalqının maraqları üzәrindә köklәnib. Avropa İttifaqının qonşuluq siyasәti proqramında iştirak etmәk, Avrasiya İqtisadi Birliyinә qatılmaq, digәr tәrәfdәn qoşulmamaq hәrәkatına yönәlmәk kimi cәlbedici tәkliflәr var. O yerdә ki Azәrbaycanın maraqlarına uyğun yürüdülәn siyasәt var, orada Azәrbaycan da var. Azәrbaycan qarşılıqlı, faydalı, ikitәrәfli münasibәtlәrә üstünlük verir. Kollektiv öhdәlik, kollektiv birlik münasibәtlәrinә tәnqidlә yanaşır. Ona görә hәm İran, hәm ABŞ, hәm İsrail, hәm Türkiyә ilә münasibәtlәr qururuq. Azәrbaycanın maraqlarına söykәnәn, lakin kimsәnin maraqlarına kölgә salmayan istənilən yol bizim marağımıza uyğundur vә bu regionda әn keçәrli siyasәtdir”.
***
“Azərbaycan əleyhinə müxtəlif xarici KİV-də işıq üzü görən yazılara Bakıdan və Prezident Administrasiyasından baxanda bu, özbaşına aksiyaya oxşamır. Bizə görünən odur ki, bu prosesin arxasında duran qüvvələr var, bilərəkdən istiqamətləndirilir. Bunun nəyə görə belə olduğunu müəyyənləşdirməyə çalışırıq”.
Bu barədə bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, bu dairələr Azərbaycan kimi gənc dövlətlərin belə uğur qazana bilməyəcəyi görüntüsü yaratmağa çalışır: "İkincisi, bu qüvvələr erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar. "Eurovision" yarışmasında da bunu müşahidə etdik və sabah da böyük tədbirlərdə yenə Azərbaycanın üzərinə gələcəklər. Üçüncüsü, Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyanı dəstəkləyir. Obyektiv informasiyalar almaq istədiyimiz xarici KİV, məsələn, “The Guardian”, BBC kimi nəşrlər də təəssüf ki, "London Platforması"nın təşkilatçılığı ilə belə kampaniyaya cəlb olunub. Diqqətdən qaçırmaq olmaz ki, bu kampaniya tək Azərbaycana deyil, həm də Avropaya, Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı yönəlib. Bu kampaniya bir müddət sonra dayanacaq, ancaq tarixdə qalacaq, tərəqqipərvər ictimaiyyət özü buna qiymət verəcək”.
Azərbaycanın dostları dünyada çalışırlar ki, bu anti-Azərbaycan kampaniyası effektsiz olsun".
***
“Bu gündən başlayaraq, Azərbaycana dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri gəlməkdədir. Onların 15-20 nəfəri dövlət və hökumət başçısı, 35-40 nəfər isə dövlətləri təmsil edən yüksək vəzifəli hökumət nümayəndəsi olacaq”.
Bu sözləri bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı təşkil etdiyi birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.