"Onların işinə qarışmıram"- Səidə Dadaşova
Müğənni Səidə Dadaşova anası, aktrisa Sədaqət Dadaşovanın Türkiyədə evlilik proqramına qatılmasından xəbərsiz olduğunu deyib.
O, axşam.az-a açıqlamasında bildirib ki, bu hadisə haqda yazılan xəbərləri oxumayıb:
"Anamın evlilik proqramına qatılmasından xəbərim yoxdur. Həm də ki o, mənim anamdır, mənə məsləhət verəndir. Mən valideynlərimə məsləhət verən deyiləm, onların işinə qarışmıram".
S.Dadaşova ailə söhbətlərindən çox danışmağı sevmədiyini bildirib.
Qeyd edək ki, xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Fox TV-də yayımlanan "Zuhal Topalla" evlilik proqramına qatılıb.
Miq.az