Oqtay Əsədov: “Mühüm dəyişiklik baş verib”

Oqtay Əsədov: “Mühüm dəyişiklik baş verib”

Ölkəmizin həyatında mühüm dəyişiklik baş verib. Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendumda xalq öz dəstəyini nümayiş etdirib.
 
Report-un xəbərinə görə, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilənilk iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
 
O bildirib ki, ümumxalq səsverməsini yerli və beynəlxalq müşahidəçilər izləyiblər.
 
O.Əsədov Avropa Parlamenti ilə Azərbaycanın münasibətlərinə də toxunub:
 
"Ötən il Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Bundan sonra Azərbaycan onlarla əməkdaşlığı dayandırdı. Münasibətlərin bərpa olunması üçün çox cəhdlər edilib. Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən onlara iradlarını bildirdi. Əməkdaşlıq bərpa olunacağı təqdirdə belə neqativ halların baş verməsi arzuolunan deyil”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az