Pakistan ordusunun praktiki təlimlərindən yararlanmalıyıq
"Türkiyə ilə Azərbaycanın taktiki hərbi təlimləri, Türkiyənin bir daha Azərbaycana verdiyi hərbi dəstəyin bariz nümunəsidir. Bu təlimlər, Qarabağ münaqişəsinin dalana dirəndiyi, diplomatik danışıqların nəticəsiz olduğu müddətdə keçirilməsi, həmçinin Ermənistanın işğal etdiyi ərazilərdə möhkəmlənməsinə bir cavabdır. Çünki, ordumuz bu təlimlərdə yüksək dağlıq ərazilərdə döyüşün idarə edilməsi və aparılmasını praktiki olaraq təkmilləşdirir. Mayın 5-nə kimi davam edəcək təlimlər, Azərbaycanın regionda bir daha siyasi-hərbi mövqeyini möhkəmləndirəcək."
Bunu Miq.Az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi.
"Növbəti təlimlərin, daima Azərbaycana hərbi köməyini əsirgəməyən Pakistanla keçirməyin zamanıdır. Pakistan -Azərbaycan və Türkiyə ilə birgə təlimlər, üç ölkənin müttəfiq əlaqlərini möhkəmləndirəcək. Çünki Pakistan Azərbaycanla sıx hərbi əlaqələrə malik bir dövlətdi. Rəsmi İslamabadın belə bir təlimlərdə iştirakına razı olmasında şübhə yoxdur. Pakistan güclü ordu və müasir hərbi texnikaya malik ölkədir. Onun parktiki şəkildə birgə təlimləri, ordumuzun müdafiə qabiliyyətinin yüksəlməsinə səbəb olar. Pakistan daima Azərbaycana öz ordusu ilə Qarabağda başlaya biləcək döyüşlərdə kömək etməyə hazır olduğunu bildirib. Niyə də Pakistan ordusunun praktiki təlimlərindən yararlanmayaq?"-deyə politoloq bildirdi.
Miq.Az