“Təəssüf ki, səs vermə çox zəif gedir”
Bu sözləri Vətəninfo.az-a Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Ağ Evin rəsmi səhifəsində Xocalı soyqırımının tanınması məqsədilə petisiya yerləşdirilməsi və keçirilən səsvermə ilə bağlı sualımızı şərh edərkən deyib.
“Bəziləri fikirləşir ki, bunun heç bir xeyri olmayacaq, mən bu fikirlə razı deyiləm. Ən azından ümid etməliyik ki, səs versək, səsimizi eşidəcəklər, problemin həllində bir irəliləyiş olacaq”.
Səfirimiz mövzu ilə əlaqədar olaraq bir məsələni də xatırlatdı: “Yəqin ki, bu məsəli çoxları xatırlayar. Bir gün göyərçin görür ki, sahibinin evi yanır. Tez yaxındakı çaya uçur və dimdiyində durmadan su daşıyaraq alovun üstünə tökür. Göyərçinə sual verirlər ki, belə bir alovu dimdiyində daşıdığın 1 qram su ilə söndürmək olar? Göyərçin cavab verir ki, mənim də gücüm buna çatır və çalışıram ki, alovun söndürülməsində əlimdən gələni edim. İndi biz də çalışaq ki, əlimizdən nə gəlirsə, edək.
Onu da deyim ki, belə bir məsələ ilə əlaqədar 100 min səs yığa bilməsək, heç kəs gülməsə də, ermənilər bizə güləcək. Zarafat deyil, 9 milyon əhalisi olan böyük bir xalq, ən ağrılı yeri olan Xocalı soyqırımına görə, həmçinin 20 faiz işğal faktına görə 100 min səs yığa bilmədi. Bax, bu böyük biabırçılıqdır”.
Elnur Eltürk
Vətəninfo.az
Petisiyanı imzalamaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz
http://www.youtube.com/watch?v=Tc6Heq3g9vg