Pakistandan Azərbaycana dəstək

Pakistandan Azərbaycana dəstək
Pakistan Ermənistanla münaqişədə Azərbaycana yardım etməyə hazırdır.

Miq.az "Report"a istinadən  xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin "Facebook"dakı rəsmi səhifəsində bildirilib.
"Pakistan xalqı Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir, Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur", - bəyanatda deyilib.
Eyni zamanda, MN-in "Facebook" səhifəsi Azərbaycan və onun Silahlı Qüvvələrinə dəstək nümayiş etdirmək üçün örtük şəklinə Azərbaycanın dövlət bayrağını yerləşdirib.
Qeyd edək ki, Pakistan Ermənistanı dövlət kimi tanımır.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az