Mirmahmud Mirəlioğlu: «Bir sıra partiyaları da təşviq edirlər ki, xaricdən maliyyələşsinlər»
Azərbaycanda ilk dəfə olaraq siyasi partiyalara maliyyə yardımı ayrılacaq. Bu barədə 2013-cü il Azərbaycan Respublikasının dövlət büdcəsi layihəsində göstərilib. Partiyalara ümumilikdə 2 milyon manat ayrılıb. Rəsmi nəticələrə əsasən, digər siyasi partiyalar seçkilərdə 3 faizlik baryeri aşa bilmədiyindən, bu vəsait Milli Məclisdə təmsil olunan 11 partiya arasında bölünəcək. Bölünmə partiyaların deputatlarının sayına əsaslanacaq.
Məsələylə bağlı «Vətəninfo.az»a açıqlama verən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə diqqətə çatdırdı ki, seçki haqqında qanunun dəyişidirilməsindən sonra partiyaların büdcədən maliyyələşməsi ilə bağlı addım atılması gözlənilirdi. Onun fikrincə burada Azərbaycan hakimiyyətinin nəzərə almadığı bir məsələ var: «Siyasi partiyalar haqqında qanun proporsional seçkiyə hesablanıb. Azərbaycanda isə Konstitusiyaya görə mojaritar seçki sistemi mövcuddur. Bu gün hansı partiyadan neçə nəfərin olmasından asılı olmayaraq parlamentdə təmsil olunanların hər biri fərd olaraq seçiliblər. Ona görə də burada kobud ziddiyyət var ki, bu da parlamenti pis vəziyyətə qoyacaq. Onlar qəbul etdiyi qanunları tövsif edə bilməyəcəklər. Dünyanın ən məşhur hüquqşünasını gətirsələr belə, bunu təsbit edə bilməyəcək. İkincisi, 2010-cu ildə parlamentə düşə bilməyən partiyaların əksəriyyəti bu və ya digər dərəcədə seçki bloklarında təmsil olunublar. Öz adı ilə seçki blokunda iştirak edən 2-3 partiya var ki, biri də KXCP-dir. Bu günkü Azərbaycan parlamerti mojaritar seçkinin nəticəsi olaraq formalaşıb. Biz buna qarşıyıq. Seçki Məcəlləsi dəyişdirilməli, parment buraxılmalı, yeni seçki keçirilməlidir. Bu qanunla bir sıra partiyaları da təşviq edirlər ki, xaricdən maliyyələşsinlər».
Firudin