Paşinyan: Ərdoğanla görüşə hazıram

Paşinyan: Ərdoğanla görüşə hazıram

Türkiyə və Ermənistan xüsusi nümayəndələri uğurlu danışıqlar aparsa, Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazıram.

Miq.Az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində yazıb.

"Ərdoğanla görüş ideyası yoxdur, lakin Ruben Rubinyanla türkiyəli həmkarı arasında danışıqlar prosesi uğurlu olsa, o zaman bu, yüksək səviyyəli görüşlə davam etdirilməlidir. Yəni, proses uğurlu olsa, əlbəttə ki, Ərdoğanla görüşüm olacaq”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Türkiyə ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıçı, Ermənistan isə parlamentin vitse-spikeri Ruben Rubinyanı iki ölkə arasında dialoq prosesi üzrə xüsusi nümayəndə təyin edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az