Paşinyan İranla yaxınlaşır – Ruhani ilə söhbətləşib…

Paşinyan İranla yaxınlaşır – Ruhani ilə söhbətləşib…

Ermənistanın Baş naziri Nikol Paşinyan bazar günü İran prezidenti Həsən Ruhani ilə telefon danışığı zamanı ikitərəfli münasibətlərin dərinləşməsi məsələlərini müzakirə edib. Xəbəri Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

«Telefon söhbəti zamanı Ruhani və Paşinyan İran-Ermənistan dostluq münasibətlərini və əməkdaşlığı müzakirə edərək, bölgəsel və beynəlxalq gündəmə toxunublar. Tərəflər ikitərəfli həmkarlıq münasibətlərinin dərinləşməsinin, bütün mümkün potensialdan istifadə etməklə, birgə layihələrin effektli reallaşdırılmasının vacibliyini qeyd ediblər» – xəbərdə deyilir.

Mətbuat xidmətinin məlumatına görə, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Bax, görürsünüzmü, özünü «İslam Respublikası» adlandıran İranın riyakar-məkrli molla hökuməti azərbaycanlı «müsəlman bacı və qardaşlarının» maraqlarına necə «qayğı ilə yanaşır» – torpaqlarımızı işğal etmiş dövlətlə necə «qucaqlaşır»?!/AzPolitika.info/

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az