“Paşinyan iri addımlarla Zelenskinin yolunu gedir” –Yüksək vəzifəli Rusiya rəsmisi

“Paşinyan iri addımlarla Zelenskinin yolunu gedir” –Yüksək vəzifəli Rusiya rəsmisi
Baş nazir Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentində çıxışı Moskvanın kəskin reaksiyasına səbəb olub.

Azpost.info-nun məlumatına görə, adı çəkilməyən yüksək vəzifəli Rusiya rəsmisi TASS  xəbər agentliyinə deyib ki, Paşinyan nəhəng addımlarla Ukrayna prezidenti Vladimir Zelenskinin yolu ilə gedir: "Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentində etdiyi çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə aid hissəsini tamamilə məsuliyyətsiz və provokasiyalı kimi qiymətləndiririk”.

Həmin rəsmi TASS agentliyinə daha sonra deyib: "Əgər Moldovanı 2 nömrəli Ukrayna kimi qəbul etsək, biz görürük ki, Ermənistanı 3 nömrəli Ukraynaya çevirmək istəyirlər”.

Rusiya rəsmisi olduğu iddia edilən şəxs bunu kimin etmək istədiyini deməyib.

Paşinyan Avropa Parlamentindəki çıxışında qeyd edib ki, Ermənistanın rəsmi müttəfiqləri ona Ermənistanın və Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsində kömək etməyiblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az