“Paşinyan Konstitusiyanı dəyişmək, prezident olmaq istəyir“ - İDDİA

“Paşinyan Konstitusiyanı dəyişmək, prezident olmaq istəyir“ - İDDİA

"Konstitusiya dəyişiklikləri və prezident üsul-idarə sisteminə keçid mövzusu məzmunlu xarakter alır".
 
Yenisabah.az xəbər verir ki, bunu "Past" qəzeti yazıb.
 
Erməni nəşri qeyd edib ki, bu məsələ indiki hakimiyyət üçün aktuallığını saxlamaqda davam edir.
 
"Etibarlı mənbələrimizə görə, Nikol Paşinyan Konstitusiyaya əlavə və dəyişiklikləri hazırlamaq üçün yeni komissiya yaratmaq qərarına gəlib. Üstəlik, mənbələrimiz bildirir ki, onun tapşırığı ilə bu komissiyanın yaradılması üçün təkcə hüquq ictimaiyyəti ilə deyil, həm də sırf hökumətyönlü siyasi qüvvələrin və ictimai sektorun nümayəndələri ilə intensiv danışıqlar aparılır.
 
Əldə etdiyimiz məlumata görə, prezident seçkilərinin 2022-ci ilin sonuna kimi keçirilə bilməsi üçün əvvəlki komissiyanın işçi təkliflərindən istifadə etməklə, qısa zamanda dəyişiklik layihəsinin hazırlanması üçün "plan” işə salınıb. Əslində, qızıl balıq nağılındakı kimi, Paşinyan artıq Baş nazir olmaq istəmir, avtokratik hökmdar olmaq istəyir...” – deyə "Past" qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az