"Paşinyan nə etsə də xeyri yoxdur, Zəngəzur dəhlizi açılacaq" - AÇIQLAMA


"Paşinyan istəyir İrana-Turana, istərsə də Amerikaya getsin, nə etsə də xeyri yoxdur. Zəngəzur dəhlizi açılacaq. Kommunikasiya xətlərinin açılması 10 noyabr üçtərəfli birgə bəyanatında da qeyd edilib. Ya siyasi yolla, ya da digər yollarla bu dəhliz açılacaq". 

Bu sözləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas, Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə alternativ axtarmaq və ya sözügedən prosesi ləngitmək addımlarına cavabında bildirib.

Millət vəkili onu da qeyd edib ki, Zəngəzur dəhlizinin açılması üçün müxtəlif yollar var ki, Azərbaycan bunlardan istifadə etməyə qadirdir və  dəhlizin açılması yönündə narahat olmağa ehtiyac yoxdur:

"Digər yollar isə güc yolu və Laçın dəhlizinin bağlanması yoludur. Biz Laçın dəhlizini bağlasaq, onlar da məcbur olub ya öz dəhlizini bağlayacaq, ya da Zəngəzur dəhlizini açacaq. Buna görə narahat olmağa dəyməz".  

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az