Paşinyan odla oynayır – Baqratyan

Paşinyan odla oynayır – Baqratyan


Hazırkı Ermənistan hakimiyyəti odla oynayır.

Axar.az xəbər verir ki, bu barədə "Lazarev klubu”nun bugünkü toplantısında Ermənistanın "Azadlıq” partiyasının sədri, keçmiş baş nazir Qrant Baqratyan deyib.

O bildirib ki, Ermənistanın ən zəif yeri onun qitisadiyyatıdır:

"Mən təsəvvür belə etmirəm ki, qazın min kubmetri bizim üçün 1500 dollara qalxsa, başımıza nə gələcək (Qeyd edək ki, Rusiya Ermənistana qazı daxili qiymətlərlə verir – red.). Ancaq mən bir məsələyə diqqət çəkmək istəyirəm. Bir müddət öncə sosial sorğu keçirildi. 50% insan hansısa ölkəyə simpatiyasını göstərməkdən imtina edib. Digər nətcilərə belədir: 14% Rusiya, 12% ABŞ, 7% İran, 6% Fransa. Bir neçə il bundan əvvəl belə sorğularda Rusiya 60% toplayırdı. Bu gün vəziyyət budur”.

O qeyd edib ki, gənclər bütün bunların nə ilə nəticələnəcəyini bilmir:

"Ermənistanda, ümumiyyətlə, az adam başa düşür ki, ən çətin şey müttəfiqlərlə münasibətləri saxlamaqdır. Görüntüdə bizim Rusiya ilə heç bir problemimiz yoxdur, amma bu belə deyil”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az