Paşinyan: "Sülhməramlıların mandatını 20 ilə qədər uzatmağa hazıram"

Paşinyan:
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin mandatının 20 ilə qədər uzadılmasını istəyir.
Bakupost.az xəbər verir ki, Paşinyan bu təklifin Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəyərləndirilməsini xahiş edib.
"Rusiya sülhməramlılarının vəzifələrini davam etdirmələrini istəyirik. Mən Soçidə sülhməramlıların mandatını 10, 15-ə qədər uzadacaq sənədi imzalamağa hazıram. Bu, 20 il də çəkə bilər”, - deyə Paşinyan bildirib.
Xatırıladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı razılaşmaya əsasən, Qarabağda 5 il müddətinə Rusiya sülhməramlı kontingenti yerləşdirilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az