Ermənistan parlamentinin iclasında yenidən mübahisə yaşanıb. Müzakirələr zamanı Respublikaçılar Partiyasından Hayk Mamicanyan Paşinyana müraciət edərək bildirib ki, onun Qaragölün 30%-nə görə müharibəyə başlamayacağını deməsi və bununla bağlı parlamentin tam fəaliyyətsiziyini vətənə xəyanət hesab edir.
Miq.Az xəbər verir ki, hazırkı Ədliyyə Nazirliyinin pentensiar müəssisələrində təmir işlərini istehza ilə təqdir edən Mamicanyan Paşinyanın gələcəyinin orada keçəcəyini bildirib.
Paşinyan isə cavabında müxalifət nümayəndələri üçün üzücü xəbərinin olduğunu deyib:
"İndiyə qədər ölkənin 4 pentensiar mərkəzində olmuşam. Orada özümü möhtəşəm hiss edirdim. Elə insanlar var ki, cəzaçəkmə müəssisəsində onları qorxutmaq asanlıqla mümkündür. Məsələn, mən pentensiar müəssisələrdən danışmağa başlayan kimi müxalif fraksiya nümayəndələri artıq zalı tərk etməyə başladı”.
Qeyd edək ki, N.Paşinyan 2008-ci ilin 1 mart qırğınından sonra həbs edilib və türmə həyatı yaşayıb.