Paşinyanın bəyanatı Qarabağ üçün təhlükədir - Sərkisyan

Paşinyanın bəyanatı Qarabağ üçün təhlükədir - Sərkisyan

Bir neçə gün öncə mətbuat konfransı zamanı baş nazirin söylədiyi fikirlər təhlükəlidir.

"Əminəm ki, Paşinyan bu fikirlərilə Ermənistanda vəziyyəti çətinləşdirməyə çalışmayıb. Lakin onun səsləndirdiyi bəyanatlar nəinki Azərbaycanın aqressiv reaksiyasına, hətta beynəlxalq tərəfdaşlarımızın, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin narahatlığına səbəb olub”, – Sərkisyan bildirib.

Miq.Az Oxu.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri Vigen Sərkisyan "Ararat” qəzetinə müsahibəsində deyib.Onun sözlərinə görə, baş nazir bəyan edib ki, Ermənistan münaqişə tərəfidir:

"Belə bir iddia ilə hər zaman Azərbaycan tərəfi çıxış edib. Həmçinin beynəlxalq ictimaiyyət Ermənistanın Dağlıq Qarabağda təklükəsizliyinin təminatçısı kimi, danışıqlar tərəfdaşı kimi tanıyır. Münaqişə tərəfi kimi deyil. Bu, pis nəticələnə bilər.

Həmçinin baş nazirin danışıqlar prosesində Ermənistan deyil, "Dağlıq Qarabağ Respublikası” (DQR) çıxış etməlidir" deməsi də anlaşılmazıdır. Belə çıxır ki, danışıqlar zamanı Ermənistan ayrı, "DQR" ayrı çıxış edəcək? İndiyə qədər bu, belə olmayıb. Daha sonra isə baş nazir danışıqlar üçün yeni yanaşmadan bəhs edib.

Ola bilsin ki, bu, ön şərtdir. Yəqin ki, baş nazir "DQR” olmadan son qərara nail olunmaz", demək istəyib. Bu mövqe dəfələrlə eks-prezident Serj Sərkisyan tərəfindən səsləndirilib. Həmçinin bu yanaşma ATƏT-in Minsk Qrupu həmsədr-ölkələri tərəfindən də dəstəklənir”, - deyə eks nazir bildirib.

Həmçinin sabiq nazir Paşinyanın "DQR”in beynəxalq tanınması ilə bağlı mövqeyini də "anlaşılmaz” adlandırıb:

"Ermənistan hər zaman bəyan edib ki, statusun beynəxalq tanınması nizamlanma prosesinə də uyğun olmalıdır. Hər zaman tanınma ilə bağlı qətnamələri "DQR” xalqı üçün hörmət əlaməti olaraq alqışlamışıq. Lakin heç vaxt təşəbbüskar kimi çıxış etməmişik”.

Onun sözlərinə görə, baş nazirin bəyanatlarında danışıqlar prosesindən xəbərsizlik hiss olunur:

"Misal üçün, sülhməramlıların yerləşdirilməsi məsələsinin heç zaman gündəmdə olmaması ilə bağlı iddia. Sülhməramlıların yerləşdirilməsi məsələsi bir sıra sənədlərdə, o cümlədən Madrid prinsiplərində öz əksini tapıb”.
 
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az