Paşinyanın Putinə verdiyi təklif reallaşır – Müzakirələr başladı

Paşinyanın Putinə verdiyi təklif reallaşır – Müzakirələr başladı

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, Baş nazir Nikol Paşinyanın yeni atom elektrik stansiyası (AES) tikmək təklifi ilə bağlı müzakirələr aparılır.

Miq.Az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Cari il etibarlılıq müddətinin və atom elektrik stansiyasının istismar müddətinin uzadılması üzrə işləri başa çatdırmaq baxımından çox vacibdir”, - səfir vurğulayıb.

Paralel olaraq, məlim mövzu da daxil olmaqla, bu sahədə qarşılıqlı əlaqə məsələsi ətrafında müzakirələrin aparıldığını düşündüyünü deyib.

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə Ermənistanda yeni AES tikmək imkanını nəzərdən keçirməyi təklif edib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az