Peskov PUA hücumundan və Ərdoğandan DANIŞDI

Peskov PUA hücumundan və Ərdoğandan DANIŞDI
"Rusiya Federasiyası mayın 28-də Ukraynada qərar qəbul edən mərkəzlərdən birini vurub".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Moskvaya PUA hücumu Kiyevin qərar qəbuletmə mərkəzlərindən birinə zərbə endirilməsinə cavabdır. Kreml əmindir ki, paytaxt regionuna pilotsuz təyyarə hücumunun arxasında Kiyev dayanır. İndi Moskva vilayətinin sakinləri üçün heç bir təhlükə yoxdur. Hücum edən dronların haradan buraxıldığı barədə məlumat yoxdur. Hava hücumundan müdafiə sistemi də yaxşı işlədi", - Peskov bildirib.

 

"Putin və Ərdoğan telefon danışığında qaz qovşağının yaradılması və taxıl müqaviləsi ilə bağlı konkret detalları müzakirə etməyiblər. Rusiya BRİKS sammitində (Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika) lazımi səviyyədə iştirak edəcək", - o əlavə edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az