Pezeşkiandan Qarabağ açıqlaması

Pezeşkiandan Qarabağ açıqlaması

"Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz buna hörmətlə yanaşırıq”.

Miq.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycana bu səfər iki ölkə arasında münasibətlərin gücləndirilməsinə yönəlib.
 
*******
 
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Yenisabah.az SNN-ə istinadla xəbər verir ki, bunu İran prezident Məsud Pezeşkian İran və Azərbaycan nümayəndə heyətlərinin birgə görüşündə bildirib.

"Ümid edirəm ki, bizim mövcudluğumuz və ekspertlərimiz arasında artıq keçirilmiş görüşlərlə mütləq imzalanacaq sazişlər Azərbaycanla münasibətlərimizdə daha böyük addımlar üçün hərəkatın başlanğıcı olacaq", - deyə o vurğulayıb.

Məsud Pezeşkian sözünə belə davam edib: "Qarabağ Azərbaycan ərazisinin ayrılmaz hissəsidir. Qarabağ Azərbaycana məxsus olmalıdır və biz buna hörmətlə yanaşırıq".

"Təbii ki, bizim burada olmağımız və burada olan əzizlərimizin mövcudluğu aramızda olan əlaqənin, birliyin, həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəkdir".

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az