Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, qardaşı və yeznəsinin ortaq şirkəti “BMZ Group Denizçilik LTD” azərbaycanlı oliqarx, gəmiçilik maqnatı Mübariz Mənsimovdan daha bir gəmi alıb.
Vətəninfo.az xəbər verir ki, Virtualaz.org-un Türkiyə KİV-lərinə istinadən məlumatına görə, 140 metr uzunluğunda, 17 metr enində olan yeni neft tankerinin inşası tamamlanmaq üzrədir və gəmi Ərdoğanlar ailə şirkətinə 18 milyon dollara başa gəlib.
Gəmi bu il iyulun 1-də dənizə endiriləcək. Şirkətin ortaqları Bilal Ərdoğan, Mustafa Ərdoğan və Ziya İlgendir.
Gəmi “Palmali” şirkətinin sifarişi və vəsaiti hesabına “Türkter Tersanəsi”ndə inşa edilib. Armada tipli tankerə Azərbaycanın mərhum xalq şairi Qabilin xatirəsinə “Poet Qabil” adı verilib.

Bu, “Türkter Tersanesi”ində “BMZ Group”un sifarişi və “Palmali”nin krediti hesabına inşa edilən, Ərdoğanların ailə donanmasına qatılan dördüncü tankerdir. Bundan əvvəl Türkiyə mətbuatı Mənsimovla Ərdoğanlar arasında dolaşıq biznes sövdələşməsi haqda yazaraq bildirmişdi ki, “BMZ Group” “Palmali”nin krediti hesabına inşa edilən tankerləri alır, daha sonra gəmilər Kiprdə qeydiyyatdan keçmiş offşor şirkətə dövr edilir. “Palmali” şirkəti isə tankerləri 10 illiyinə kirayələyir.
İndiyədək bu sxem əsasında “Bəyim Aslanova” tankeri (Mənsimovun nənəsinin adını daşıyır), “Məcid Aslanov” tankeri (azərbaycanlı oliqarxın babasının adıdıdır) və “Şövkət Ələkbərova” tankerləri “BMZ Group” şirkətinə satılıb. Gəmilərin hər biri 18 milyon dollara başa gəlib.
Virtualaz.org


Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ