Polis avtomobili “Porsche” ilə toqquşdu - Bir polis öldü, bir neçəsi yaralandı

Polis avtomobili “Porsche” ilə toqquşdu - Bir polis öldü, bir neçəsi yaralandı
Bakıda polis avtomobili minik maşını ilə toqquşub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail rayon Polis İdarəsinə məxsus "Fiat Doblo” markalı avtomobil "Porsche” markalı maşınla toqquşub.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qezanın görüntülərini Orxan Məmmədli adlı facebook istifadəçisi öz səhifəsində paylaşıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az