Polis paytaxt sakinlərinə müraciət etdi - Diqqətli olun

Polis paytaxt sakinlərinə müraciət etdi - Diqqətli olun
Bakıda polis paytaxt sakinlərinə müraciət edib.
Miq.az Milli.Az-a istinadən bildirir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsi ərazidə yaşayan sakinlərə müraciət edərək oğrulara qarşı diqqətli olmağa çağırıb.
Polisin müraciətində qeyd edilir ki, mənzilin qapı və pəncərəsini yaxşıca bağlayın. Rayona və ya xaricə istirahət etmək üçün yollananlar mənzilin təhlükəsizliyinə önəm verməlidir. Polis bölməsindən bildirilir ki, vətəndaşlar avtomobildə bahalı əşyalar və pul saxlamasınlar.
Bununla yanaşı, mənzilə siqnalizasiya da qoşdurmaq məsləhət görülür.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az