Polkovnik: "Çox istəyirəm həmin yerdə uşaq olub yıxılım, lap başım yarılsa da..."

Polkovnik:


Zahid TEYMUROV
Ehtiyyatda olan POLKOVNİK
Daxili Qoşunların sabiq Qərərgah rəisi  


                                        MİLLİ QÜSURLAR SƏRGİSİNDƏN...

Füzulidə erməni çox idi. Gündəlik həyatda onlardan görünməyən bir asılılıq var idi: əksəriyyəti dərzi, dəllək, ayaqqabı tikən, digər peşələrin ustaları. Hörmətdə idilər. Rus məktəblərinin üçdə biri erməni idi. Bazarın tinində Volod adlı erməninin emalatxanası var idi. Sınan, işləməyən hər şeyi təmir edirdi. Ağzı dayanmırdı, həmişə danışırdı, gülürdü. 3-cü sinifdə oxuyurdum. Bir gün emalatxananın qabağında ayağım ilişdi, yıxıldım. Dizlərim qan içində idi. Ayağa qalxa bilmirdim.

Yanımdan keçənlər:

- uşaq boynunu yerə soxum! Ayağının altına bax dana!
- zırıldama, dur cəhənnəm ol! Özü yıxılan ağlamaz.
- sən öl dədənə deyəcəm! Şalvarın dizlərin nə günə qoydun e!
Bu cür "nəvaziş" məni daha da üzürdü.

Kim isə məni qaldırdı. Volod idi. "Can, can" deyib, otuzdurdu taburetkaya. Üstümü çırpdı. Su verdi. Daha ağlamırdım. Volod tam ciddi dedi:
- Bax birdə burda yıxılma ha! Başqa yer tap özünə. Bura mənim yerimdi, bura özüm yıxılacam.
Mənə elə gəldi Voloddan yaxşı insan yoxdu.
Özümüz özümüzə can deyib dəstək olaq ay millətim! Yaxşı insan olaq!
İndi, erməni baş kəsə-kəsə özünü belə istədir, quyruq buluyaraq rusları, digərlərini belə ələ alır.

Çox istəyirəm həmin yerdə uşaq olub yıxılım. Qoy lap başım yarılsa da... Yıxıla bilmirəm. Hələlik orda Volod "yıxılır".

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az