Prezident Gəncə İdman Sarayındakı tikinti işləri ilə tanış oldu

Prezident Gəncə İdman Sarayındakı tikinti işləri ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub.

Miq.Az xəbər verir ki, ikimərtəbəli Gəncə İdman Sarayında böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.

Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının uğurlu icrasını təmin edən əsas məsələlərdən biri infrastruktur layihələrinin tikintisinin gedişi ilə Prezidentin yerində tanış olmasıdır.

Qeyd edək ki, dövlətimizin başçısı 2020-ci il iyunun 24-də Gəncəyə səfəri çərçivəsində bu idman qurğusunda inşaat işlərinin gedişi ilə tanış olub, müvafiq tapşırıqlarını vermişdi. Bundan sonra obyektdə tikinti işlərinin sürəti daha da artmışdır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az