Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Miq.Az-ın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Sonra dövlət başçısı akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub.
Bu gün Heydər Əliyevin anadan olmasından 97 il ötür.
Miq.Az