İlham Əliyevlə Əminə Ərdoğan arasında səmimi dialoq - VİDEO

İlham Əliyevlə Əminə Ərdoğan arasında səmimi dialoq - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan və onları müşayiət edən heyət Füzuli rayonundan Şuşaya gedərkən avtobusda tərəflər arasında səmimi söhbət baş tutub.

Miq.Az xəbər verir ki, söhbətin görüntülərini "Haber Global” yayımlayıb.

Əminə Ərdoğan yol boyu əkin sahələrinin, hətta otların da ermənilər tərəfindən yandırılmasından dəhşətə gəldiyini gizlədə bilməyib. Prezident İlham Əliyev isə bildirib ki, 30 ilik işğal ərzində Füzuli rayonunda bir bina belə salamat qalmayıb.

"Biz Füzulini işğaldan azad edərkən istədik ki, bir binaya bayrağımızı asaq. Dedilər ki, bina yoxdur. İndi özünüz də görəcəksiniz. Füzuli şəhərini tamamilə dağıdıblar”, - deyə dövlət başçısı qeyd edib.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az