Prezident İlham Əliyevin İTV ilə bağlı fərmanı

Prezident İlham Əliyevin  İTV  ilə bağlı fərmanı
Prezident İlham Əliyev "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 141 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.


Miq.az xəbər verir ki, fərmanda deyilir: 

"İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 141 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 905; 2007, № 6, maddə 601) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bənd 3.1-1-ci bənd hesab edilsin və həmin bənddə "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri "həmin Qanunun” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 3.1-ci bənd əlavə edilsin:

"3.1. "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”.

3. 3.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilsin:

"3.4. həmin Qanunun 17.2.2-ci maddəsində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.”. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az