“Prezident İlham Əliyevlə əlaqə saxlayırıq” –ZELENSKİ DÖVLƏT BAŞÇISINA TƏŞƏKKÜR ETDİ

“Prezident İlham Əliyevlə əlaqə saxlayırıq” –ZELENSKİ DÖVLƏT BAŞÇISINA TƏŞƏKKÜR ETDİ
"Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayırıq, o, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin tərəfdarıdır. Buna və Ukraynaya göstərdiyi yardıma görə dövlət başçısına minnətdarıq”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Rusiyanın ölkəyə hərbi müdaxiləsinin bir ilinin tamam olmasına həsr olunmuş "Fevral. Yenilməzlik ili” adlı mətbuat konfransı zamanı "Report”un sualını cavablandırarkən deyib.

"Report”un əməkdaşının onunla Ukrayna dilində ünsiyyət qurmasına diqqət çəkən Zelenski "Əgər bu gün azərbaycanlı jurnalist mənə Ukrayna dilində sual verməyə cəhd edirsə, bu, artıq Azərbaycanın kimi dəstəklədiyini göstərir”, – deyə cavab verib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az