Prezident Pirallahıda yeni körpünün açılışında iştirak edib - FOTOLAR

Prezident Pirallahıda yeni körpünün açılışında iştirak edib - FOTOLAR

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 11-də paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.

Miq.Az-ın məlumatına görə, "Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədov dövlət başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verib.

Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az