Prezidentdən önəmli SƏRƏNCAM

Prezidentdən önəmli SƏRƏNCAM
Prezident İlham Əliyev əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Miq.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
 
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin özünüməşğulluğunun təmin olunması məqsədi ilə qərara alıram:
 
1. Əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6,0 (altı) milyon manat ayrılsın.
 
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az