Prezidentin 15 milyon dollarlıq yeni limuzini - VİDEO-FOTO

Prezidentin 15 milyon dollarlıq yeni limuzini - VİDEO-FOTO
ABŞ prezidenti Donald Trampın özəl limuzini test yürüşündə görüntülənib.
 
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq təhlükəsizlik sirri səbəbinə görə texniki göstəriciləri açıqlanmayan "Canavar” adlı Cadillac limuzin yaxın müddətdə prezidentin istifadəsinə veriləcək. Onun xidmətində çox sayda avtomobil var. Keçmiş prezident Barak Obamanın 2009-cu ildə görüntülənən avtomobilləri də bu markadan olub.
 
"General Motors”un istehsal etdiyi avtomobil yol testlərində, gizli saxlanılan detallar kamufilyaj edilib.ABŞ Təhlükəsizlik Xidməti ilə 15,8 milyon dollarlıq müqavilə qarşılığında özəl hazırlanan zirehli xidməti avtomobili "Cadillac”ın prezidenti Johann De Nysschen özü müştəriyə təqdim edib. Zirehli avtomobil ballistik silahlardan, yol tipli bombalardan, güllə keçirməyən şinlərlə kimyəvi və bioloji hücumlara qarşı mühafizə olunub.
 
 
 
 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az