Prezidentlər Türkiyədə görüşəcək

Prezidentlər Türkiyədə görüşəcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə İstanbulda Mabeyn İqamətgahında görüşəcək.
"Report" xəbər verir ki, bu haqda Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, dövlət başçıları arasında görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
Qeyd edək ki, İstanbulda aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı keçiriləcək.
Xatırladaq ki, martın 15-də Türkiyəyə səfəri zamanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Sammitə dəvət edib.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az