Putin Avropanı ən ağrılı nöqtəsindən vurdu

Putin Avropanı ən ağrılı nöqtəsindən vurdu

Rusiya Prezidenti Vladimir Putinin Avropanın ən ağrılı nöqtəsini vurması yanacağın bahalaşmasına, Qərbdə yüksək inflyasiyaya və iqtisadi tənəzzülə səbəb oldu.

Miq.Az xəbər verir ki, bu barədə "Blumberq” məlumat yayıb.

"AB-nin Rusiyaya qarşı ən sərt məhdudiyyətlər tətbiq etməsinə və sanksiyaların sayının artmasına baxmayaraq, rəsmi Moskvaya qarşı güzəştlərin sayı artır. Bunların arasında neft boru kəmərilə tədarük, Patriarx Kirillin sanksiyalar siyahısından çıxarılması yer alır. Dünya ölkələri sanksiyalardan yorulub, Rusiyaya qarşı iqtisadi müharibə AB-ni parçalayıb. Bu il Rusiyanın neft və qazdan gəliri təxminən 285 milyard dollar olacaq. Buraya başqa malları da əlavə edin və bu, sanksiyalar altında dondurulmuş Rusiyanın valyuta ehtiyatlarının 300 milyard dollarını təşkil edəcək”, - məlumatda deyilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az