Putin Paşinyanla sərhəd gərginliyini müzakirə etdi – Kremldən açıqlama

Putin Paşinyanla sərhəd gərginliyini müzakirə etdi – Kremldən açıqlama

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.

Miq.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Federasiyası Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub. Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı müzakirələr davam edib. Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisə ilə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarının yerinə yetirilməsinin, ilk növbədə - atəşkəs rejiminə ciddi şəkildə riayət edilməsinin vacibliyini vurğulayıb”, – deyə məlumatda qeyd olunub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az