Putin Qarabağı Təhlükəsizlik Şurasında müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini Təhlükəsizlik Şurasının daimi üzvləri ilə birlikdə müzakirə edib.
Miq.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.
"Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin Rusiya tərəfinin səyləri çərçivəsində həlli məsələsi müzakirə olunub. Bundan başqa, Rusiyadaxili və beynəlxalq məsələlərə də toxunulub”, - Peskov bildirib.
Miq.az