Putin söz verdi - “Ukrayna taxılını ixrac edə bilər” -

Putin söz verdi - “Ukrayna taxılını ixrac edə bilər” -

"Ukrayna taxılının ixracında hər hansı problem yoxdur”.

Miq.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Ukrayna taxılının ixracının qarşısını almırıq. Taxıl məhsulları Ukraynanın nəzarətində olan limanlar vasitəsilə ixrac oluna bilər. Limanlara girişləri biz yox, Ukrayna minalayıb. Mən artıq bütün həmkarlarımıza dəfələrlə demişəm: qoy minaları təmizləsinlər, taxılla yüklənmiş gəmilər limanlardan buraxılsın. Biz onların beynəlxalq sulara heç bir problem olmadan sülh yolu ilə keçməsinə zəmanət veririk. Heç bir problem yoxdur”, - Putin bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az