Putin: Xəritəyə baxın, onda görəcəksiniz!
Rusiya NATO genişlənməsinin beş dalğasını qəbul etdi. Bizi sadəcə aldatdılar.
Miq.Az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
"Bu gün xəritəyə nəzər salmaq kifayətdir ki, Qərbin NATO-nun şərqə doğru genişlənməyəcəyi vədinə necə əməl etdiyini görəsən. Onlar sadəcə olaraq bizi aldatdılar", - Putin bildirib.
Qeyd edək ki, 1999-cu ildə Polşa, Çexiya, Macarıstan, 2004-cü ildə Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya, 2009-cu ildə Albaniya və Xorvatiya, 2017-ci ildə Monteneqro, 2020-ci ildə Şimali Makedoniya alyansa qəbul edilib.
Miq.Az