Putinə Ermənistanda gözlənilməz sual – “Rusiya qoşunlarını nə vaxt çıxaracaq?..”

Putinə Ermənistanda gözlənilməz sual – “Rusiya qoşunlarını nə vaxt çıxaracaq?..”
Rusiya Prezidenti Vladimir Putinlə Gürcüstanın "Rustavi 2” telekanalının əməkdaşı arasında gərgin anlar yaşanıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçirilən iclasından öncə gürcü jurnalist V. Putinə Rusiyanın qoşunlarını Abxaziya və Cənubi Osetiyadan nə vaxt çıxaracağı ilə bağlı sual ünvanlayıb.

V. Putin gürcü jurnalistə "Nə vaxt belə qərar versək”, – deyə bildirib.

Bundan sonra, jurnalist replika ilə cavab verib ki, Rusiya bu öhdəliyi öz üzərinə götürüb.

V. Putin isə cavabında "Biz hər zaman öhdəliklərimizi yerinə yetiririk” – deyə qeyd edib.

"Rustavi 2” telekanalının əməkdaşı mühafizəçilər tərəfindən ərazidən uzaqlaşdırılıb.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az