“Putini dəli edən kadr: iki dövlət bir millət”-Prezidentlərin görüşü manşetlərdə

 “Putini dəli edən kadr: iki dövlət bir millət”-Prezidentlərin görüşü manşetlərdə

"Nə də olsa qardaş ölkədir! Ərdoğanı görər-görməz sarıldı” .

Azərbaycan Prezidenti İlham Əliyevin Ankarada törədilən terror aktından sonra Türkiyəyə rəsmi səfərə yollanması və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının Ankarada keçirilməsini təklif etməsi hər iki ölkə ictimaiyyəti tərəfindən böyük diqqət çəkib.

Belə ki, martın 13-də Ankarada baş verən terror aktı nəticəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb. Bununla əlaqədar prezident İlham Əliyev iclasın Ankarada keçirilməsini təklif edib. Ərdoğan bu jestinə görə azərbaycanlı həmkarına təşəkkür edib və təklifi qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyevin bu jesti Türkiyə KİV-lərində də yüksək qiymətləndirilib.

Medianın manşet mövzusu olan bu xəbər bir sıra maraqlı başlıqlarla diqqət çəkib. Türkiyənin "Haber.7” saytında 2 prezidentin yanaşı şəkilləri "Putini dəli edən kadr. İki dövlət bir millət” başlığıyla verilib. 

Bundan əlavə, "Haberler” saytı Azərbaycan Prezidentinin Türkiyəyə səfərini "Böyük jest! Ərdoğan gedə bilmədi, Əliyev gəldi” başlıqlı yazıyla təqdim edib. Həmçinin 2 dövlət başçısının qarşılanma mərasimində səmimi münasibətini əks etdirən digər xəbərdə "Nə də olsa qardaş ölkədir! Ərdoğanı görər-görməz sarıldı” başlığıyla verilib.
 



Bundan əlavə, "Haberler” saytı Azərbaycan Prezidentinin Türkiyəyə səfərini "Böyük jest! Ərdoğan gedə bilmədi, Əliyev gəldi” başlıqlı yazıyla təqdim edib. Həmçinin 2 dövlət başçısının qarşılanma mərasimində səmimi münasibətini əks etdirən digər xəbərdə "Nə də olsa qardaş ölkədir! Ərdoğanı görər-görməz sarıldı” başlığıyla verilib.





"Milliyet” qəzetinin rəsmi saytında Azərbaycan Prezidentinin Türkiyəyə səfəri və Ərdoğanla təkbətək görüşü "Əliyevdən böyük jest: Bu gün Ankaraya gəlir” və "İlham Əliyev Ərdoğanın qonağıdır” başlıqlı xəbərlərlə oxuculara təqdim olunub. 



"Haberturk” saytı rəsmi səfər haqda xəbəri "İlham Əliyev prezident Ərdoğanın qonağıdır” başlıqlı yazıyla menşet edib, "Anadolu Ajansı” isə "Əliyev tarixi zirvə üçün Türkiyədədir” başlığıyla rəsmi səfərin görüntülərini və müzakirə olunacaq mövzuları oxucuların diqqətinə çatdırıb.





Məlumat üçün bildirək ki, səfər zamanı 2 dövlət arasında əməkdaşlığın inkişafı məsələləri, regional və beynəlxalq məsələlər müzakirə olunub. Eyni zamanda Dağlıq Qarabağ regionunda baş verən son vəziyyət haqqında fikir mübadiləsi aparılıb. Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçirilib. İclasdan sonra 2 dövlət arasında strateji əhəmiyyətli 6 saziş imzalanıb. 

 Miq.az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az