Putinlə əlaqələri kəsməyəcəm – Ərdoğan

Putinlə əlaqələri kəsməyəcəm – Ərdoğan

Biz hazırda həm Rusiya, həm də Ukrayna ilə bağlı balans siyasəti aparırıq. Bu balans siyasətində, şübhəsiz ki, cənab Putin və ya cənab Zelenski ilə əlaqələri kəsmək fikrim yoxdur.

Miq.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Putin və Zelenski ilə telefon diplomatiyasını davam etdirirəm. Xüsusi nümayəndəmi onların yanına göndərmişəm və bundan sonrakı prosesdə də buna davam edəcəyik. Çünki yeni dünya müharibəsinin başlamasının nə bölgəmizə bir faydası var, nə də dünyaya”, - Ərdoğan bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az