"Putinlə görüşmək istəyirəm" - Zelenski


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının prezidenti Vladimir Putinin nə istədiyini bilmədiyini deyib, və buna görə də ona görüş təklifi edib.

Miq.Az xəbər verir ki, V. Zelenski bunu Münhen Təhlükəsizlik Konfransı zamanı xarici və Ukrayna kəşfiyyatının məlumatlarını şərh edərkən bildirib.

Moderatorun Vladimir Putinin nə istədiyini başa düşüb-düşməməsi ilə bağlı sualını cavablandıran Ukrayna prezidenti bunları qeyd edib:

"Rusiya Federasiyasının prezidentinin nə istədiyini bilmirəm, ona görə də görüşməyi təklif edirəm".

Bundan əvvəl Ukrayna mediasına müsahibəsində Zelenski Putinlə ehtimal olunan görüşdən gözləntiləri barədə danışmışdır.

Onun fikrincə, Ukrayna və Rusiya prezidentlərinin görüşü ölkələr arasında münasibətləri mütləq bərpa edəcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az