Bu barədə “Veteninfo.az”a Gürcüstan Türkləri Konfederasiyasının (GTK) vitse-prezidenti, “Amal” Gürcüstan Gənc Azərbaycanlılar Assosiasiyasının sədri İsrail Məhərrəmov məlumat verib. O qeyd edib ki, yeni təsis edilən Qafqaz Siyasi Texnologiyalar İnstitutu (QSTİ) tədris mərkəzi funksiyasini yerinə yetirəcək və konfliktologiya, siyasi analiz, o cümlədən beynəlxalq münasibətləri əhatə edən profil kurslar təşkil edəcək. İsrail Məhərrəmov bildirib ki, rəhbərlik etdiyi “Amal” Gürcüstan Gənc Azərbaycanlılar Assosiasiyası 2010-cu ildə Tbilisidə təsis edilib və Gürcüstan Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb. Assosiasiya 2 noyabr 2011-ci ildən Gürcüstan Türkləri Konfederasiyasının (GTK) təsisçi-assosativ üzvüdür. Qafqaz Siyasi Texnologiyalar İnsitutu assosiasiya tərəfindən törəmə sturuktur kimi yaradılıb və sosioloq, Bakı Dövlət Universitetinin məzunu Mehdi Musayev İnstitutun Direktoru təyin edilib. Bu gündən etibarən, “Konfiliktologiya” kursu üzrə mühazirələr başlayacaq. İnstitutun kursları virtual olaraq, elektron vasitələrlə aparılacaq. Mühazirləri siyasi elmlər üzrə mütəxəssislər deyəcək. “Konfliktologiya” kursu 25 nəfərdən ibarət qrupu əhatə edir və dekabrın 20-si kursu bitirən şəxslərə diplomlar təqdim ediləcək. İnstitutun “Konfliktologiya” kursu Qarapapaq Türklərinin Baş Şadı Öndər Aksunun ianə şəklində ayırdığı maliyyə vəsaiti hesabına həyata keçirilir. 2013-cü ilin fevral ayından etibarən isə Qafqaz Siyasi Texnologiyalar İnstitutu Marneuli və Bakıda “Krizislərin idarə olunması” və “Siyasi psixologiya” kursaları təşkil edəcək, deyən GTK vitse-prezidenti İsrail Məhərrəmov vurğulamışdır.
Elnur Eltürk