Arzu Səyyad
Əvəəlcə bütün mətbuat oxucularına çoxlu-çoxlu salamlarımı çatdırmağı özümə borc bilirəm.
Bəli,əziz oxucular,aydındır ki,bu gün demokratiyanın inkişaf etdiyi sivil cəmiyyətdə bu mövzu adından göründüyü kimi heç də az əhəmiyətə malik deyil.Bəs,görəsən ,demokratik cəmiyyətin,eləcə də demokratik ölkənin azad və müstəqil vətəndaşı olaraq ,öz üzərimizə düşən vəzifələri necə və hansı münasibətdə əhəmiyyətinə varıb demokratik prinsipləri yerinə yetiririk?
Əvvəla,adıçəkilən prinsipləri bilməzdən əvvəl,demokratiya sözünün lüğəvi mənasına nəzər salaq.Demokratiya “demos” və “kratos” sözlərindən yaranıb ki,bu da demos - xalq,kratos – hakimiyyət deməkdir-yəni xalqın hakimiyyəti.Bu terminin mənasını öyrəndiksə, keçək demokratik prinsiplərə və xalqın bu prinsiplərdəki roluna. Əlbəttə, adında xalqın hakimiyyəti olan bir sistemdə toplumun hər bir vətəndaşının çiyinlərinə bu prinsiplərin yükləri düşür.Bəs,yoldaşlar ,bilirsinizmi ki, Respublikamızın Konstitusiyasında göstərildiyi kimi Azərbaycan demokratik,hüquqi,dünyəvi,unitar respublikadır.Demokratik prinsiplər də hüquqi prinsiplərlə sıx əlaqədardır.Hüquqi prinsiplər isə qanunlar ,onlara əməl və icra anlayışları kəsb edir.Konstituiyamızda olan 158 maddənin hər biri bizim icra və əməl etməli olduğumuz öhdəlikərdir.
Misal olaraq , “hər bir şəxs Azərbaycan Respublikası və qanunlarına əməl etməli,başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli ,qanunla müəyyən dilmiş digər vəzifələri yerinə yetirməlidir”.Gəlin görək 3 sətrlik olan bu cümlənin son iki sözü bizim əməllərimizlə üst-üstə düşür,yoxsa yox?!Bax,ədalətli vətəndaş olasn deyəcəksən ki ,yox!Çünki,artıq əhalisi 10 milyona yaxınlaşan bir ölkədə qanunlara ucuz yanaşılması və bunun da nəticəsində qanunların formal həmiyyət daşıması (indi) gələcəkdə bizim üçün çox böyük problemlər yarad(ır)a bilər.Nəyi nəzərdə tuturam ?Misal üçün bu gün biz qanunlarımıza hörmət bəsləyib əməl etmiriksə demək,heç biz özümüz-özümüzə də hörmət etmirik.Belə olan halda əzizlərim,o zaman heç bir əcnəbi vətəndaş bizə və bizim qanunlarımıza hörmət bəsləməyəcək.Gəlin , bu problemdən qaçmaq üçün hər birimiz öz üzərimizə düçən vəzifəni vicdanla yerinə yetirək.Ən azı qanunlarına tam əməl etmədiyimiz vətən bizə öz havasını,suyunu,torpağını haram etməsin.Sonda sizə bir fikri deyəcəm.Əməl etsəniz yalnız qul yox,həm də ağa olacaqsınız.Tarixdə elə bir hal olubmu ki,qul həm də ağa olsun.Fikrim isə belədir:Qanunların qulu olsan ,demokratiyanın ağasısan.