"Qarabağ konfliktinin həlli prinsipləri dəqiq müəyyənləşdirilib"
Qarabağ konfliktinin həlli üçün yeni vasitəçilərə ehtiyac yoxdur.
Axar.az xəbər verir ki, bunu İrəvanda keçirdiyi mətbuat konfransında çıxışı zamanı Qazaxıstan Xarici İşlər naziri Erlan İdrisov söyləyib.
Onun sözlərinə görə, Minsk Qrupu çərçivəsində Qarabağ konfliktinin həlli prinsipləri dəqiq müəyyənləşdirilib.
Qeyd edək ki, Erlan İdrisov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün İrəvana gəlib.
Miq.az